ABŞ-nin İranla münaqişəsi asanlıqla üçüncü dünya müharibəsinə çevrilə bilər - ekspert

 23:28 30.08.2024     161

ABŞ-nin İranla silahlı münaqişəsi üçüncü dünya müharibəsinə çevrilə bilər.

Redaktor.az xəbər verir ki, bunu amerikalı iqtisadçı, Kolumbiya Universitetinin (Nyu-York) Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib.

“Birləşmiş Ştatlar İranla müharibədə maraqlı deyil, çünki İranın Rusiya da daxil olmaqla müttəfiqləri var, buna görə də İranla müharibə asanlıqla üçüncü dünya müharibəsinə, üçüncü dünya müharibəsi isə nüvə müharibəsinə çevriləcək”, - o bildirib.

Ekspert əlavə edib ki, İsrail ABŞ-ni “Yaxın Şərqdə Amerikanın maraqlarına 100% zidd olan daha böyük müharibəyə” sürükləməyə çalışır.

Turan İSMAYIL