Rusiyada Mi-8 radarlardan itdi

Kamçatkada yoxa çıxan “Mi-8T” helikopterinin göyərtəsində 22 nəfər ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
“İlkin məlumata görə, helikopterin göyərtəsində 22 nəfər olub: 3 ekipaj üzvü və 19 sərnişin”, - məlumatda deyilir.
Qurumun məlumatına görə, helikopter Vaçkajets vulkanı ərazisindəki ərazidən Nikolayevkaya (Yelizovo hava limanından 17 km cənub-qərbdə yerləşir) uçurdu, lakin təyin olunmuş vaxtda (Moskva vaxtı ilə təxminən saat 07:15) helikopter ekipajı əlaqəyə çıxmayıb.
“Axtarışlar üçün digər “Mi-8” helikopteri havaya qaldırılıb”, - Rosaviasiyadan əlavə edilib.
İnsidenti ilə əlaqədar Kamçatka Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyi sahəsində qanunvericiliyə əməl olunub-olunmaması ilə bağlı yoxlama aparır.