Parisdə Avropa İttifaqının bayrağını CIRDILAR

Fransanın paytaxtı Paris şəhərində “Vətənpərvərlər” Partiyasının mitinqində iştirak edənlər Avropa İttifaqının bayrağını cırıblar.
Redaktor.az-ın məlumatına görə, “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippot bildirib ki, Fransa müstəqilliyini möhkəmləndirmək üçün təcili olaraq Avropa İttifaqı və NATO-dan çıxmalıdır.
Aksiyaya toplaşan nümayişçilər “Yaşasın azadlıq!” şüarı səsləndiriblər.