İraq, Suriya və Türkiyədə 19 terrorçu ÖLDÜRÜLDÜ
İraq və Suriyanın şimalında 17, Türkiyənin Mardin əyalətində isə iki terrorçu öldürülüb.
Redaktor.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Silahlı Qüvvələr İraqın Qara, Metina və “Pençe-Kilit” antiterror əməliyyat bölgəsində PKK terror qruplaşmasının 15, Suriyanın şimalında, Menbuci bölgəsində isə PKK/YPG terror qruplaşmasının iki silahlısını öldürüb.
Daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda keçirilən “GÜRZ-11” antiterror əməliyyatı nəticəsində iki terrorçu zərərsizləşdirilib.