Ukrayna Qərbin... Putindən ŞOK AÇIQLAMA
Qərb öz geosiyasi ambisiyalarına görə Ukraynanı “alış-veriş obyektinə” çevirib.
Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Monqolustanın “Onoodor” qəzetinə müsahibəsində deyib.
"Ukrayna faktiki olaraq Qərbin öz geosiyasi ambisiyalarına nail olmaq üçün istifadə etdiyi alver obyektinə çevrildi, Ukraynada bugünkü faciəvi vəziyyətin əsas səbəbi ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbin həyata keçirdiyi düşünülmüş anti-Rusiya siyasətidir. Onlar Onilliklər ərzində onlar Ukrayna üzərində tam nəzarəti əldə etməyə çalışırlar", - Putin bildirib.
Putin sözlərinə görə, Ukraynadakı hazırkı vəziyyətə bütün xarici və daxili amillər əhəmiyyətli dərəcədə təsir edib. Sovet liderlərinin milli və ərazi məsələlərinə dair qərarları da öz mənfi təsirini göstərib.
Türkan İSGƏNDƏRLİ