"Şanşan" qasırğası fəlakətə səbəb OLDU
Yaponiyanı vuran “Şanşan” qasırğası nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 120-ə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, qasırğa saatda təxminən 15 kilometr sürətlə şərqə doğru irəliləyərək, ölkənin əksər hissəsini su altında qoyub. Nəticədə bir nəfər itkin düşüb, ölkənin bəzi bölgələrində qatarların hərəkəti dayandırılarkən, bir çox reyslər də ləğv edilib.
Bildirilib ki, daşqın və sürüşmə riski hələ də davam edir. Avqustun 28-də Şanşan tayfunu səbəbiylə Kaqoşima bölgəsi üçün təcili xəbərdarlıq edilib və tayfunun sürətinin saatda 250 kilometrə çatacağı təxmin edilir.
Türkan İSGƏNDƏRLİ