Rusiya raketlərini vurmaq hüququmuz var- Polşa XİN
Polşa və Ukrayna ilə həmsərhəd olan digər ölkələr NATO-nun müqavimətinə baxmayaraq, Rusiya raketlərini öz hava məkanına daxil olmamışdan əvvəl vurmaq öhdəliyinə malikdirlər.
Redaktor.az xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
Onun sözlərinə görə, Ukrayna ərazisi üzərində müdaxilələrin Şimali Atlantika Alyansını Rusiya ilə müharibəyə sürükləyə biləcəyi qorxusuna baxmayaraq, Varşava öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur.
“NATO-ya üzvlük hər bir ölkənin öz hava məkanının mühafizəsi məsuliyyətini inkar etmir – bu, bizim öz konstitusiya məsuliyyətimizdir”, – Polşa Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Türkan İSGƏNDƏRLİ