Qəzzada 24 saatda 48 nəfər ÖLDÜRÜLDÜ
İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağında həyata keçirdiyi hücumlarda 48 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilib.
Redaktor.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi açıqlamasında İsrailin Qəzza zolağına 332 gündür hücumları ilə bağlı məlumat verib.
Açıqlamada İsrail ordusunun Qəzza zolağında son 24 saatda həyata keçirdiyi 3 hücumda 48 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 40 min 786-ya, yaralıların sayı isə 94 min 224-ə yüksəlib.
Seymur BƏNNAYEV