BRİKS sammitinə bu qədər dövlət dəvət olunub

Rusiya BRİKS dövlətlərarası assosiasiyasının sammitinə 36 dövlət liderini dəvət edib.
Redaktor.az xəbər verir ki, bu barədə prezidentin köməkçisi Yuri Uşakov məlumat verib .
Onun sözlərinə görə, həmin ölkələrdən 18-i artıq iştirakını təsdiqləyib. Dəvət olunanlar arasında MDB ölkələri, Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada regional inteqrasiya birliklərinə sədrlik edən dövlətlərin rəhbərləri var.
BRİKS-in XIV Sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək.
Türkan İSGƏNDƏRLİ