Aİ Putinin Monqolustana səfərindən narahatdır
Avropa İttifaqı (Aİ) Rusiya prezidenti Vladimir Putinin Monqolustana gözlənilən səfəri ilə bağlı narahatlığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi nümayəndəsi Nəbilə Massralı məlumat verib .
Massralı qeyd edib ki, Vladimir Putinin həbsi üçün Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən verilmiş “əmr” var.
“Biz səfərlə bağlı narahatlığımızı bildirdik və Monqolustandakı missiyamız vasitəsilə BCM ilə bağlı mövqeyimizi açıq şəkildə ifadə etdik”, - diplomat bildirib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Beynəlxalq Cinayət Məhkəməsinin Putini həbs etmək qərarına görə Rusiya tərəfinin Monqolustanla heç bir probleminin olmadığını bildirmişdi.
Qeyd edək ki, Rusiya lideri sentyabrın 3-də ölkəyə səfər edəcək.
Türkan İSGƏNDƏRLİ