Türkiyənin BRİKS-ə qoşulması ilə bağlı ziddiyyətli AÇIQLAMALAR
Türkiyə BRİKS-ə qoşulmaqda maraqlıdır.
Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Türkiyə BRİKS-ə qoşulmağa maraq göstərir, düzdür... Onlar bunu çoxdan deyirlər”, - o, bildirib.
Həmçinin "Bloomberg" mənbələrə istinadən sentyabrın 2-də yazıb ki, Türkiyə BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
Eyni zamanda Türkiyə BRİKS proqramına münasibət bildirməkdən imtina edib. Hazırda Türkiyədən BRİKS-də iştirakla bağlı rəsmi açıqlama yoxdur. Bu barədə "TASS" Ankaradakı yüksək vəzifəli diplomatik mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti vurğulayıb ki, bu məsələ ilə bağlı şöbəmizdən heç bir açıqlama verilməyib.
Sevinc İBRAHİMZADƏ