Hollandiya Ukraynaya dəstəyini davam ETDİRƏCƏK
Hollandiyanın baş naziri Dik Şuf Ukraynanın Zaporojye vilayətinə səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və ölkəyə dəstəyin davam edəcəyini bildirib.
Redaktor.az xəbər verir ki, "X" sosial media platformasından verdiyi açıqlamada baş nazir Şuf bu gün Ukraynanın Zaporojya vilayətinə səfər etdiyini bildirib.
Səfər çərçivəsində Zelenski ilə görüşən Şuf paylaşımında yazıb: "Ukrayna Hollandiyanın davamlı dəstəyinə arxalana bilər. Biz Ukraynanın mövcudluğunu davam etdirməsi üçün əlimizdən gələni etməliyik".
Müharibənin davam etdiyi cəbhəyə yaxın bir şəhərdə həyatın necə davam etdiyini görməyin "inanılmaz" olduğunu qeyd edən Şuf, yeraltı məktəbə getdiyini və müharibədə yaralanan əsgərlərlə görüşdüyünü bildirib.
Baş nazir Hollandiyanın Ukrayna üçün 200 milyon avronu aşan yeni bir yardım paketi hazırladığını qeyd edib:
"Bu paket əsasən enerji infrastrukturunun qorunması, təmirin və humanitar yardıma dəstək üçün nəzərdə tutulub".
Seymur BƏNNAYEV