MiQ-29 qırıcısı qəzaya uğradı

 22:31 02.09.2024     290

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı ölkənin şimal-qərbində Racastan ştatında texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə X-də Respublika Hərbi Hava Qüvvələri məlumat yayıb.

"Barmer sektorunda keçirilən adi gecə təlimi zamanı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi kritik texniki nasazlıqla üzləşib, nəticədə pilot havadan çıxmaq məcburiyyətində qalıb. Pilot sağ qalıb, itki və əmlak itkisi qeydə alınmayıb", - Hindistan Hərbi Hava Qüvvələri bildirib.

Baş verənlərlə bağlı araşdırmalara başlanılıb.

Hindistan Hərbi Hava Qüvvələri 100-dən çox MiQ-29-dan istifadə edir. Su-30MKI qırıcıları ilə yanaşı, onlar Hindistan Hərbi Hava Qüvvələrinin onurğa sütununu təşkil edirlər.

Turan İSMAYIL