ABŞ-də vitse-prezidentliyə namizədin korteji qəzaya uğradı
ABŞ-nin Viskonsin ştatında vitse-prezidentliyə namizəd Tim Valzın kortejindən bir neçə avtomobilin iştirakı ilə qəza baş verib, bir neçə nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Valzın kortejindən bir neçə avtomobil təxminən 12:57-də toqquşub. Bizimlə birlikdə maşında olan işçilərdən birinin qolu sınıb, həkimlər tərəfindən onun müalicəsi davam edir”, - açıqlamada deyilir.
Məlumata görə, maşınlardan biri qabaqda olana çırpılıb, sonra isə arxadan vurulub. Kortej Valzın çıxış edəcəyi Miluokiyə gedirmiş.
"Bir neçə jurnalistdə cızıqlar və qançırlar var. Bir kişinin burnu qanayıb. Bir qadının beyin silkələnməsi şübhəsi var və təcili tibbi yardım almaq niyyətindədir", - açıqlamada deyilir.
Turan İSMAYIL