"Lufthansa" Tel-Əvivə uçuşları bərpa edəcək

 23:35 02.09.2024     234

Almaniyanın “Lufthansa Group” konserninə məxsus aviaşirkətlər sentyabrın 5-dən Təl-Əvivə uçuşları bərpa edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a "Lufthansa"nın mətbuat xidmətindən məlumat verilib.

"Mövcud vəziyyətlə əlaqədar olaraq, "Lufthansa" yenidən uçuş cədvəlinə düzəlişlər edir. Təl-Əvivə uçuşlar cümə axşamı, sentyabrın 5-də bərpa olunacaq", - mətbuat xidməti qeyd edib. Aviaşirkət xatırladıb ki, Beyruta uçuşlar sentyabrın 30-u daxil olmaqla dayandırılıb. “Avqustun 27-də Əmman və Ərbilə (İraq Kürdüstanının inzibati mərkəzi – qeyd) uçuşlar bərpa edilib”, - mətbuat xidməti əlavə edib.

Bundan əvvəl "Lufthansa" sentyabrın 4-dək Tehran və Təl-Əvivə uçuşları dayandırmışdı.

Turan İSMAYIL