Çinin vitse-prezidenti Rusiyaya səfər edəcək

Çin Xalq Respublikasının vitse-prezidenti Han Zheng sentyabrın 4-dən 8-dək Rusiya və Monqolustanda səfərdə olacaq.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.
Məlumata görə, vitse-prezident Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda iştirak edəcək.
Sevinc İBRAHİMZADƏ