BMT Durovun Fransadakı işindən narahatdır
"Telegram"ın yaradıcısı Pavel Durovun işi insan hüquqları baxımından narahatlıq doğurur.
Redaktor.az xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Ravina Şamdasani bildirib.
Şamdasaninin sözlərinə görə, BMT məsələnin həll edilməli olduğu parametrləri əks etdirən sənəd dərc etməyi planlaşdırır. O, həmçinin qeyd edib ki, təşkilat vəziyyətin inkişafının monitorinqini davam etdirir.
Xatırladaq ki, Durov avqustun 24-də Fransanın Le Burje hava limanında saxlanılıb. Fransa məhkəmə sisteminin məlumatına görə, "Telegram"ın təsisçisi narkotik alveri, uşaqlara qarşı cinayətlər və fırıldaqçılıq kimi qeyri-qanuni fəaliyyətlərlə məşğul olub.
Avqustun 28-də Durov məhkəmə nəzarətinə götürülüb və ona Fransanı tərk etmək qadağan edilib, həmçinin 5 milyon avroluq təzminat cəzası verilib.
Türkan İSGƏNDƏRLİ