Fələstində ölənlərin sayı 40 800-ü ötdü

 17:23 03.09.2024     251

2023-cü ilin oktyabrında İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağında 40,800-dən çox insan həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə anklavın səhiyyə nazirliyi Telegram kanalında bildirib.

Məlumata görə, İsrail təcavüzünün qurbanlarının sayı indiyədək 40 819 nəfər, yaralananların sayı isə 94 291 nəfərə çatıb.

Təkcə son 24 saat ərzində İsrail qüvvələrinin reydləri və bombardmanları nəticəsində 33 şəxs həlak olub, daha 67 nəfər yaralanıb.

Türkan İSGƏNDƏRLİ