Britaniyadan Ukraynaya 1,3 milyardlıq dəstək
Böyük Britaniya tərəfindən yaradılmış Ukraynaya Beynəlxalq Yardım Fonduna donorlar tərəfindən 1 milyard funt sterlinqdən çox (1,3 milyard dollar) yatırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, sentyabrın 3-də Ukraynanın müdafiə naziri Rustem Umerovun Londona səfəri zamanı bu fonddan Ukrayna Silahlı Qüvvələrində xidmət edən sovet 152 mm-lik artilleriya silahları üçün 120 min mərmi alınması üçün 300 milyon funt sterlinq (395 milyon dollar) ayrılması barədə müqavilə imzalanıb. 1,5 il ərzində həyata keçiriləcək bu müqavilə ilk dəfə iyul ayında elan edilib.
Böyük Britaniyadan başqa, Avstraliya, Danimarka, İslandiya, Litva, Hollandiya, Yeni Zelandiya, Norveç və İsveç də 2022-ci ildə fəaliyyətə başlayan fonda töhfə verib. Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Healy də Umerovla görüşdə təsdiqləyib ki, London hər il Kiyevə ikitərəfli əsasda 3 milyard funt sterlinq (3,9 milyard dollar) məbləğində yardım edəcək.
Turan İSMAYIL