İnsanlar Ukraynadan kütləvi köç EDƏCƏK

 17:27 03.09.2024     292

Ukraynada elektrik təchizatı ilə bağlı problemlər qışda sanitar fəlakətə və insanların kütləvi şəkildə köçməsinə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə alman nəşri "Die Welt" yazır.

Bildirilib ki, hazırda bütün Ukraynada baş verən elektrik enerjisinin kəsilməsi isti mövsümdə yalnız məhsulların soyudulması və anbarlarda problemlər yaradır. Ancaq qışda onlar əsl fəlakətə çevrilə və əhali üçün bir çox gündəlik çətinliklərə səbəb ola bilər.

Ukrayna sakinlərini elektrik enerjisi və isti su ilə təmin etmək üçün elektrik stansiyalarının sabit işləməsi məsələsinə diqqət yetirilməlidir.

Türkan İSGƏNDƏRLİ