BMT-dən çağırış: Əməkdaşlarımızı azad edin
Yəməndə 17 BMT İnsan Haqları Ofisi əməkdaşı həbs edilib.
Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları İdarəsinin sözçüsü Ravina Şamdasani deyib.
"Onların harada olduqları bilinmir. Husilər bizim istəklərimizə baxmayaraq, onları ziyarət etməyimizə icazə vermirlər. Biz eyni şəkildə həbs edilmiş və hüquqi müdafiəsi olmadan həbs edilmiş bütün insan haqları və humanitar yardım işçilərinin azad edilməsini tələb edirik", o bildirib.
Şamdasani həmçinin husilərin BMT və digər yardım təşkilatlarının Yəmən xalqına xidmət səylərinə mane olduğunu qeyd edib.
Türkan İSGƏNDƏRLİ