BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa ÇAĞIRDI

“İsrailli girovların qətli araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir”.
Redaktor.az xəbər verir ki, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk bildirib.
Ali komissar müstəqil, qərəzsiz və şəffaf istintaqa və günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb:
“Fələstin silahlı qruplarının altı israilli girovu birdəfəlik edam etməsi xəbərləri bizi dəhşətə gətirir ki, bu da müharibə cinayəti ola bilər”.