ABŞ Rusiya-Ukrayna münaqişəsini alovlandırır

 10:36 04.09.2024     212

ABŞ Ukraynadakı münaqişədə iştirakını daim artırır, müharibənin dayanması üçün heç bir iş görmür.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Biz ABŞ-nin Ukrayna ətrafında münaqişədə iştirak səviyyəsinin durmadan artdığı tendensiyasını görürük. Onun son həddə çatacağını və daha da irəli getməyəcəyini güman etmək üçün heç bir əsas yoxdur. ABŞ-nin hazırkı hakimiyyəti Ukraynadakı vəziyyəti nizamlamağa meylli deyil, ona görə də onlardan münaqişənin gərginləşməsi üçün istənilən addımı gözləmək olar”, - Kreml sözçüsü bildirib.

Peskovun sözlərinə görə, Rusiya Qərbin dağıdıcı hərəkətlərini nəzərə almalı və onların arasında gələcək nəsillər üçün etibarlı gələcək təmin etməlidir.

Türkan İSGƏNDƏRLİ