Rusiya bu ölkə ilə vizanı ləğv edir
Rusiya Federasiyası və İordaniya arasında vizasız rejim haqqında razılaşma yekun mərhələdədir.
Redaktor.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb .
Qeyd edilib ki, Moskva və Əmman yaxın vaxtlarda turistlər üçün vizaların qarşılıqlı ləğvini elan etməyi gözləyirlər. Bundan əlavə, 2024-cü ilin oktyabrından ölkələr birbaşa müntəzəm uçuşları bərpa etməyi planlaşdırır.
Bunun hər iki ölkəyə turist axınını aktivləşdirəcəyi gözlənilir.
Türkan İSGƏNDƏRLİ