Polşa aviasiyası Rusiyaya görə havaya QALXDI
Polşa Rusiyanın Ukraynadakı hərəkətlərinə görə yenidən səmaya qalxdı.
Redaktor.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
“Nəzərinizə çatdıraq ki, ölkənin cənub-şərq hissəsində Polşa və müttəfiq aviasiyasının hava məkanımızda uçuşlarının başlaması ilə əlaqədar səs-küy səviyyəsi yüksələ bilər”, - məlumatda qeyd olunur.
Komandanlıq bu qərarın Rusiya uzaqmənzilli aviasiyasının fəaliyyəti ilə əlaqədar verildiyini açıqlayıb.
Türkan İSGƏNDƏRLİ