Ermənistan BRICS sammitində iştirak edəcək
Ermənistan Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.
Qeyd edək ki, BRICS-in sayca 16-cı sammiti bu ilin oktyabrın 22-24-ü tarixlərində Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan BRICS-ə üzvlük üçün müraciət edib. Türkiyənin də BRICS-ə üzv olmaq istəyi barədə məlumat yayılıb.
T.İSMAYIL