Ukraynaya məxsus iki MiQ-29 vuruldu

 16:50 04.09.2024     175

Rusiya hərbçiləri Lvovdakı Danilo Qalitski Beynəlxalq Hava Limanının ərazisinə hücum edərək Ukraynaya məxsus iki MiQ-29 qırıcısını vurub.

Redaktor.az xəbər verir ki, bu barədə hərbi ekspert Boris Rojin öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusunun hücumu nəticəsində bir Su-24M təyyarəsi də zədələnib. Yerli hakimiyyət Sknilovski körpüsü ilə keçidi bağlayaraq, hava limanının ərazisinə ümumi baxış təqdim edir.

Bildirilib ki, hava limanının ərazisindəki hərbi baza düşmən tərəfindən fəal şəkildə istifadə olunur.

Türkan İSGƏNDƏRLİ