Almaniya Ukraynaya daha 17 IRIS-T tədarük edəcək
Almaniya hökuməti Ukrayna üçün əlavə 17 IRIS-T hava hücumundan müdafiə sistemi sifariş edib, tədarüklər yaxın vaxtlarda başlayacaq.
Redaktor.az N-TV kanalına istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz məlumat verib.
O, sentyabrın 4-də Kiel şəhəri yaxınlığındakı hava qüvvələri bazasına baş çəkib. Orada o, Almaniya hökumətinin artıq Ukrayna üçün əlavə səkkiz IRIS-T SLM (orta mənzilli) və doqquz IRIS-T SLS (qısa mənzilli) sistemi sifariş etdiyini bildirib.
“Hər növdən iki sistem bu il, qalanları isə 2025-ci ildən təhvil veriləcək”, - kansler deyib.
"Bloomberg" agentliyi adı açıqlanmayan Almaniya hökumət rəsmisinə istinadən xəbər verirb ki, bütün 17 yeni kompleks 2026-cı ilə qədər Kiyevə təhvil veriləcək. Berlin artıq Ukraynaya yeddi belə SLS və SLM modifikasiya kompleksi təqdim edib.
Turan İSMAYIL