"Türkiyə və Misir Fələstin məsələsində ortaq mövqedədir" - Ərdoğan

Türkiyə və Misir Fələstin münaqişəsinin həlli məsələsində ortaq mövqedədir.
Redaktor.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə danışıqlardan sonra bildirib.
"Türkiyə və Misir Fələstin məsələsində ortaq mövqedədir", - Ərdoğan deyib.
“İsrail və onun əlaltıları Qəzzada öldürülən hər bir günahsız insan üçün məsuliyyət daşıyırlar, 41 min insanın qatilinin yeri parlamentdə deyil, məhkəmə zalındadır”, - deyə Türkiyə lideri bəyan edib.
Turan İSMAYIL