Yaponiya Belarusda vətəndaşının saxlanıldığını təsdiqlədi

 09:50 05.09.2024     102

Yaponiya öz vətəndaşının Belarusda saxlanıldığını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bildirib.

"50 yaşlı vətəndaşımız yerli qanunları pozmaqda ittiham olunaraq yerli hakimiyyət orqanları tərəfindən saxlanılıb. Konsulluqda həmin şəxslə görüş zamanı onun səhhətində heç bir problem olmadığını gördük. Bu işə gəldikdə isə, həbsin səbəbləri və şərtləri ilə bağlı hər hansı təfərrüatları paylaşmaqdan çəkinməyi üstün tuturuq, ona hər cür dəstəyi davam etdirəcəyik”, - o qeyd edib.

Xatırladaq ki, "Belarus-1" telekanalı Yaponiya xüsusi xidmət orqanlarının zabitinin saxlanıldığını bildirib. Həmin şəxsin Belarusdakı ictimai-siyasi, Belarus-Ukrayna sərhədindəki vəziyyət, eləcə də ölkənin hərbi infrastrukturu barədə məlumat topladığı ortaya çıxıb.

Türkan İSGƏNDƏRLİ