Tramp-Harris debatları üçün qaydalar AÇIQLANDI
Respublikaçı, keçmiş prezident Donald Tramp və Demokratlar Partiyasının namizədi ABŞ-nin vitse-prezidenti Kamala Harris arasında prezidentliyə debatların yekun qaydalarını açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin "ABC News" televiziya şirkəti bildirib.
Debat qaydalarına əsasən, namizədlərə suallar yalnız moderatorlar tərəfindən veriləcək və onlara cavab vermək üçün iki dəqiqə vaxt veriləcək. Növbə digər namizədə gəldikdə isə onların mikrofonlarının səsi kəsiləcək. Debatçılara qələm, kağız vərəq və bir şüşə su veriləcək. Lakin əvvəlcədən yazılmış qeydlərdən istifadə etmək qadağan ediləcək. Namizədlərin təşviqat heyəti ilə ünsiyyətə icazə verilməyəcək.
Harris və Tramp arasında ilk debat sentyabrın 10-da Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək. Çoxdan gözlənilən tədbir "ABC News" tərəfindən aparılacaq.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Türkan İSGƏNDƏRLİ