Şimali Koreya casusları ABŞ şirkətlərinə sızırlar

 10:38 05.09.2024     136

Şimali Koreya casusları İT işləri vasitəsilə məsafədən ABŞ şirkətlərinə sızırlar.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazır.

Onlar şəbəkələrə sadəcə sızmaqla kifayətlənmir, həm də Şimali Koreya operatorları gizli şəkildə distant işçilər kimi əmək haqqı fonduna qoşulurlar.

ABŞ rəsmiləri və təhlükəsizlik tədqiqatçılarının fikrincə, Şimali Koreya vətəndaşları digər əcnəbilərin “oğurlanmış” şəxsi məlumatlarından istifadə edərək son illərdə yüzlərlə və bəlkə də minlərlə İT işlərini öz üzərinə götürüblər.

ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, Şimali Koreya bu yolla sanksiyalardan yan keçərək ildə yüz milyonlarla dollar qazanır.

Sevinc İBRAHİMZADƏ