Münhendə İsrailin Baş Konsulluğu qarşısında atəş AÇILDI

Münhenin mərkəzindəki İsrail Baş Konsulluğu qarşısında atışma səsləri eşidilir, polis hazırda ərazidə genişmiqyaslı xüsusi əməliyyat keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə "Focus-online" nəşri məlumat yayıb.
Hadisə yerində polisin xüsusi təyinatlıları və snayperləri var, helikopter də cəlb olunub. Münhen qəzetinin xəbərinə görə, şahidlər atışma və qışqırıqlar eşidib: “Qaç!”
Sentyabrın 5-i 1972-ci il Münhen Yay Olimpiya Oyunlarında Fələstin yaraqlılarının Olimpiya kəndinə girərək iki nəfəri öldürdüyü və İsrail komandasının doqquz üzvünü girov götürdüyü terror aktının ildönümüdür.
Turan İSMAYIL