Ermənistanda Qərbi Nil virusuna yoluxanların sayı ARTDI

Ermənistanda ümumilikdə 108 nəfər Qərbi Nil qızdırması virusuna yoluxub.
Redaktor.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Anait Avanesyan məlumat verib.
O bildirib ki, ən çox yoluxma Armavir və Ararat vilayətlərində müşahidə olunur.
Nazirin sözlərinə görə, bir həftə ərzində yoluxanların sayında 16 nəfərlik artım qeydə alınıb.