Britaniya Ukraynaya raket tədarük EDƏCƏK
Böyük Britaniya Ukraynaya minlərlə hava hücumundan müdafiə raketi tədarük edəcək.
Redaktor.az xəbər verir ki, bunu “Politico” nəşrinə müsahibəsində Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.
Hili hava hücumundan müdafiəni dəstəkləmək üçün Ukraynaya 650 çoxməqsədli Martlet raketinin çatdırılması ilə bağlı xəbərləri şərh edərkən bildirib ki, 2025-ci ildə oxşar raketlərin Kiyevə tədarükü üçün daha böyük sifariş gözləyir.
Britaniya rəsmiləri həmçinin Ukrayna Silahlı Qüvvələrinin əsgərləri üçün “İnterflex” əməliyyatının təlim proqramının davam etdirilməsi barədə də nəşrə məlumat veriblər. Məlumata görə, hazırda 45 min ukraynalı hərbçi təlim proqramından keçib.