Rusiya Ukraynanın Pavloqrad şəhərini “İsgəndər”lə vurdu: 40-dan çox yaralı var

 14:16 06.09.2024     312

Rusiya ordusunun Ukraynanın Dnepr vilayətinin Pavloqrad şəhərinə raket zərbələri zamanı 1 nəfər dinc sakin ölüb, 40-dan çox yaralı var.

Redaktor.az “Unian“a istinadla xəbərinə görə, şəhərə təqribən 5 ədəd “İsgəndər-M”/KN-23” tipli ballistik raket buraxılıb.

Vilayət Hərbi Administrasiyasından bildirilib ki, zərbələrin təsirindən beşmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Zərbələrin Rusiyanın Voronej və Rostov vilayətlərinin ərazisindən endirildiyi ehtimal edilir.

Vumart və Güvən reklamı Vumart Güvən