Vəbadan ölənlərin sayı 156-ya yüksəldi

 16:57 06.09.2024     116

Sudanda vəba epidemiyasında həyatını itirənlərin sayı 156-ya yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada, ümumi yoluxma sayının 4 min 419-a çatdığı və epidemiya ilə mübarizə üçün təcili olaraq daha çox mərkəzə ehtiyac olduğu bildirilib.

Xatırladaq ki, iyun ayından etibarən ölkədə təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Türkan İSGƏNDƏRLİ