Niderland Ukrayna ordusu üçün hava raketləri tədarük EDƏCƏK

 17:22 06.09.2024     123

Niderland Ukrayna Silahlı Qüvvələrinin F-16 qırıcıları üçün hava raketləri tədarük edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.

“Niderland Ukrayna hərbçilərinə 80 milyon avro dəyərində material verəcək. Bura generatorlar, kiçik nəqliyyat vasitələri, əsas texniki qulluq vasitələri, xüsusi alətlər və nərdivanlar, həmçinin çoxsaylı ehtiyat hissələri daxildir".

Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Ukrayna hava raketlərinin köməyi ilə təyyarələri vura bilər.

Məlumatda tədarükün çatdırılma tarixləri göstərilməsə də, çox yaxında təhvil veriləcəyi vurğulanıb.

Sevinc İBRAHİMZADƏ