İsrail ordusu türk fəalı öldürdü

 17:25 06.09.2024     150

İsrail əsgərləri Fələstində türk fəal qadını öldürüb.

Redaktor.az xəbər verir ki, İsrail qüvvələri Nablus şəhərinin Beyta qəsəbəsində keçirilən işğal əleyhinə nümayişə qatılanlara hücum edib.

Bu vaxt nümayişdə iştirak edən türkiyəli fəal Ayşenur Ezgi Eygini başından güllələnib. Ağır yaralanan Eygi aparıldığı xəstəxanada dünyasını dəyişib. 

Məlumata görə, Eygi 1998-ci ildə Antalyada anadan olub.

Türkan İSGƏNDƏRLİ