Ukrayna münaqişəsinin həlli üçün bunu etmək lazımdır

 17:33 06.09.2024     143

Ukraynada münaqişənin həlli üçün ilk addım sülh şərtləri ilə bağlı razılaşma deyil, atəşkəs olmalıdır.

Redaktor.az xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Ukraynada döyüşləri dayandırmaq üçün beynəlxalq amil lazımdır. Bütün dünya tərəfləri dinc danışıqlara sövq etməlidir.

“Hər iki tərəf üçün məqbul olan sülh planını gözləməyə davam etsək, sülh heç vaxt gəlməyəcək. Ukrayna münaqişəsinin həlli üçün ilk addım atəşkəs olmalıdır”, - Macarıstanın baş naziri qeyd edib.

Türkan İSGƏNDƏRLİ