Elektrik qatarı yük maşını ilə toqquşdu

 17:43 06.09.2024     164

Sankt-Peterburqda sərnişinlərlə dolu elektrik qatarı yük maşını ilə toqquşub.

Redaktor.az xəbər verir ki, bu barədə "Fontanka" teleqram kanalı məlumat yayıb.

Fövqəladə hadisə Bronevaya dəmir yolu stansiyası yaxınlığındakı anbar ərazisində baş verib.

Hadisə şahidlərindən birinin sözlərinə görə, qatar çox dolu olub, hətta uşaqlar da olub.

Məlumata görə, bütün sərnişinlər dərhal vaqonlardan buraxılıb. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.

Sevinc İBRAHİMZADƏ