Belçika Konqoya 20 min doza meymunçiçəyi peyvəndi VERƏCƏK

 21:09 06.09.2024     213

Belçika öz ehtiyatlarından Konqo Demokratik Respublikasına 20 min doza meymunçiçəyi peyvəndi verəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Belçika Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Qlobal sağlamlıq və hamının səhiyyə xidmətinə ədalətli çıxışı təmin etmək məsələlərində beynəlxalq öhdəliklərə sadiqliyimizi təsdiq edərək Konqo DR-ə 20 min doza meymunçiçəyi peyvəndi verəcəyimizi bəyan edirik”, - məlumatda deyilir.

Xatırladaq ki, daha əvvəl Fransa və Almaniya Afrika ölkələrinə 100 min doza, İspaniya isə 500 min doza peyvənd verəcəyini açıqlamışdı.