Hollandiyada universitetlərdə fələstinlilər yenidən etirazlara BAŞLADI

 21:44 06.09.2024     128

Hollandiyada tələbələr universitet rəhbərliyinin İsrail institutları ilə əməkdaşlığı davam etdirməsinə etiraz olaraq Fələstinə dəstək nümayişlərini bərpa ediblər.

Redaktor.az xəbər verir ki, yeni tədris ilinin başlaması ilə birlikdə Amsterdam Universitetinin Roeterseiland (UvA) kampusuna toplaşan yüzlərlə tələbə və alim universitet rəhbərliyini İsrail institutları ilə əlaqələrini kəsmədiyi üçün tənqid edib.

Təhlükəsizlik məqsədi ilə universitetin ətrafına polis əməkdaşları cəlb olunub. 

Etirazçı tələbələr, baraban çalaraq, Fələstinə dəstək şüarları səsləndirərək, polisdən şəhərciyi tərk etməsini istəyib.

Seymur BƏNNAYEV 

2