"Ayşenurun ölümü hərtərəfli araşdırılmalıdır" - BMT

 21:53 06.09.2024     145

Birləşmiş Millətlər Təşkilatı (BMT) İordan çayının qərb sahilinin Nablus şəhərində İsrail əsgərlərinin hücumu nəticəsində Türkiyə əsilli Amerika vətəndaşı Ayşenur Ezgi Eyginin öldürülməsi ilə bağlı hərtərəfli araşdırma aparılmasını və cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edib.

Redaktor.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan  Dujarrik məsələ ilə bağlı jurnalistlərə açıqlama verib. 

Hadisə ilə bağlı hələ ətraflı məlumatı olmadığını bildirən Dujarrik: "Hadisənin hansı şəraitdə baş verdiyinin hərtərəfli araşdırılmasını və məsul şəxslərin məsuliyyətə cəlb olunmasını istəyirik. Mülki vətəndaşlar bütün hallarda qorunmalıdır", - deyib. 

Seymur BƏNNAYEV