Qırğızıstan Prezidenti yerli özünüidarəetmə orqanlarını BURAXDI
Qırğızıstan Prezidenti Sadır Japarov yerli şuraların (özünüidarəetmə orqanlarının - Qeyd) buraxılması və yeni seçkilərin vaxtının təyin edilməsi haqqında sərəncam imzalayıb.
Redaktor.az-ın məlumatına görə, müvafiq sərəncam Qırğızıstan dövlət başçısının mətbuat xidmətinin saytında yerləşdirilib.
Sənədə əsasən, Qırğızıstanın bütün regionlarında yerli şuralara yeni deputatların seçkiləri 2024-cü il noyabrın 17-də keçiriləcək.
Qeyd olunub ki, Qırğızıstanın Batken və Leylek rayonlarının, Batken şəhərlərinin və Batken vilayətinin Sulukta şəhərlərinin yerli şuralarının deputatlarının seçkiləri inzibati-ərazi islahatı çərçivəsində dəyişikliklərin qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla həyata keçiriləcək.
Seçki aksiyalarının başlama tarixi sentyabrın 17-nə təyin edilib.