Rusiyada eyvandan küçəyə atəş açan şəxs SAXLANILDI

 23:18 06.09.2024     187

Rusiyanın Krasnoyarsk şəhərində Rusiya Milli Qvardiyasının əməkdaşları eyvandan küçəyə atəş açan şəxsi saxlayıblar.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, xüsusi xidmət orqanlarının əməkdaşları nərdivanla mənzilin eyvanına, oradan isə mənzilə daxil olaraq cinayətkarı qandallaya biliblər.

İlkin dindirmə zamanı saxlanılan şəxs bildirib ki, o, pnevmatik tapança ilə sərçələrə atəş açıb.