Yunanıstan 64 ilin ən isti yayını YAŞAYIR

 23:33 06.09.2024     181

Araşdırılması nəticəsində Yunanıstanın 1960-cı ildən bəri bu il ən isti yayı yaşadığı bildirilib.

Redaktor.az xəbər verir ki, Yunan Meteorologiya İdarəsinin dərc etdiyi hesabatda 1960-cı ildən bəri qeydə alınan yay temperaturları araşdırılıb.

Hesabata görə, bu dövrdə ən yüksək temperatur 2024-cü ilin yayında olub.

Bu yay havanın orta temperaturu 26,2 dərəcə olaraq qeydə alınıb. Bu göstərici 1960-cı ildən bəri orta temperaturda 2,3 dərəcə artım olduğunu təsdiq edir.

Digər tərəfdən, 2024-cü ilin yayında əldə edilən orta temperatur əvvəlki yay temperaturu rekordunun qırıldığı 2012-ci ildən 1 dərəcə yüksək olaraq qeydə alınıb.

Seymur BƏNNAYEV