Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək - Siyarto

 23:49 06.09.2024     165

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, ölkəsi Ukraynaya silah tədarük etməyib və etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Zoltan Kovaç “X” hesabında yazıb.

“O (Peter Siyarto - Qeyd) Macarıstanın silaha deyil, diplomatiyaya sadiqliyini təsdiqləyərək vurğulayıb ki, Budapeşt Ukraynaya silah tədarük etməyib və etməyəcək yeganə Aİ və NATO üzvü olaraq qalır. Daha çox silah daha uzun müharibə, daha çox ölüm və daha çox dağıntı deməkdir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Siyarto Kiyevin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsi ideyasını da pisləyib.