ABŞ ordusu hipersəs raketinin növbəti sınağını KEÇİRƏCƏK

 16:05 07.09.2024     320

ABŞ ordusu hipersəs silahlarının növbəti sınağını keçirməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, Pentaqonun məlumatına görə, uzaqmənzilli hipersəs silahlarının yeni sınağını 2024-cü ilin sonuna qədər keçirmək planlaşdırılır. Söhbət ABŞ ordusunu və Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçün hazırlanan “Dark Eagle” raket sistemindən (LRHW) gedir.

“Dark Eagle” hipersəs raketi saatda təxminən 6 min kilometr sürətlə uçmağa qadirdir. O, hündürlükdə manevr edə bilir ki, bu da raketdən müdafiə sistemlərinin raketi aşkarlamasını çətinləşdirir.

Raketin layihə uzaqlığının 2775 kilometr olduğu bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən