Alman təyyarələri Rusiya sərhədi yaxınlığında eniş etdi

 23:40 07.09.2024     313

Almaniyanın "Eurofighters" hərbi təyyarələri Finlandiyaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, alman təyyarələri Rusiya sərhədindən cəmi 180 km məsafədə qısa məsafəli enişlər edib.

Almaniya Hərbi Hava Qüvvələri qeyd edib ki, alman qırıcıları sentyabrın 4-dən Finlandiyada eniş məşqinə başlayıb. Təlim zamanı onlar Rovaniemidəki aviabazada yerləşdirilib.